XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2016 - 09:41

Fransa prezidenti Paris məscidində [color=red]çay içdi

 

paris mescid.jpg

4 min qeyri-müsəlman Fransa paytaxtı Parisdə müsəlmanların ibadət etdiyi Came məscidi ilə yaxından tanış olub.

Strateq.az Səhər Beynəlxalq Televiziyasına istinadən bildirir ki, Fransa Müsəlmanlar Şurası ötən iki gün ərzində bu ölkə məscidlərinin qapısını qeyri-müsəlmanların üzünə açıb.

Fransa Müsəlmanlar Şurasının bu addımında məqsədi islam barəsində öncədən qərar verməyi aradan qaldırmaq və islamın həqiqi simasını tanıtdırmaqdır. Paris Came məscidi təxminən 90 il öncə inşa olunub və Fransada ən qədim məsciddir.

Fransa prezidenti Fransua Olland da ötən gün Paris Came məscidi ilə yaxından tanış olub və bu məsciddə çay içib. Fransa müsəlmanları, əsasən yanvar və noyabr aylarındakı aktlardan sonra müxtəlif islamofobiya hərəkətləri ilə üzləşirlər. Fransada yaşayan müsəlmanlar baxışlarının radikallardan fərqli olduğunu vurğulayıblar.