Cənubi Koreyada İslam dininə maraq yaranmağa başlayıb. Son zamanlar paytaxt Seulun Kyunq Hee Universitetində fəaliyyətə başlayan məscidə yerli tələbələr də gəlməyə başlayıb. Burada 2010-ci illə müqayisədə İslama münasibətin xeyli dəyişdiyi və son illərdə yüzlərlə gəncin İslam dinini qəbul etdiyi deyilir.
Xatırladaq ki, Cənubi Koreya əhalisinin 50 faizi özünü heç bir dinə mənsub hesab etmir. 25 faiz insan isə xristian dininə sitayiş edir. 25 faizə yaxın insan özünü konfutsiçi və buddist hesab edir. ölkədə 140 minə yaxın müsəlman var. Müsəlmanların 30 faizi yerli koreyalılardır.
Qara Murad