XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 January 2016 - 14:02

İran prezidenti Roma Papası ilə görüşdü – [color=red]FOTO

papa hesen.jpg

İtaliyaya səfəri çərçivəsində Vatikanda olan İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Roma Papası Fransisk ilə görüşüb.

Səmimi söhbətə görə İranın dövlət başçısına minnətdarlığına bildirən Roma Papası sülh arzusunu dilə gətirib. Həsən Ruhani görüşdən məmnun qaldığını vurğulayaraq Roma Papasına fəaliyyətində uğurlar diləyib.

Qarşılıqlı xatirə hədiyyələrinin təqdim olunduğu görüşdə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də iştirak edib.

Qeyd edək ki, Həsən Ruhani İran İslam Respublikasının sabiq Prezidenti Məhəmməd Xatəmidən sonra Roma Papasının Vatikanda görüşdüyü ikinci İran Prezidentidir.