XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2016 - 13:37

Ölkədə 620 islam, 24 qeyri-müsəlman icması rəsmi qeydiyyatdadır: [color=red]Dini Komitə

 

mubariz-qurbanli-2012.jpg

2015-ci ildə ölkənin bütün bölgələrini əhatə edən 87 dini icmaya maliyyə vəsaiti ayrılıb.

Strateq.az bildirir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kollegiyasının ötən ilin yekunları ilə bağlı keçirilən genişləndirilmiş iclasında Komitənin sədri Mübariz Qurbanlı bildirib.

Diqqətə çatdırılıb ki, dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirilməsi nəticəsində il ərzində 52 dini icma dövlət qeydiyyatından keçib. Onlardan 49-u İslam, 3-ü qeyri-islam təmayüllü dini icmadır. Qeydiyyata alınmış dini qurumların ümumi sayı 644-ə çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 620-si İslam, 24-ü qeyri-islam təmayüllüdür. Sonunculardan 15-i xristian, 6-sı yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

Mübariz Qurbanlı radikalizmlə mübarizə, dövlət-din münasibətləri, tolerantlıq, İslam maarifçiliyi və işğal altında qalmış dini abidələrimizlə bağlı tanınmış ilahiyyatçı alimlərin müəllifi olduğu kitablar, eləcə də ölkəmizin tolerantlıq ənənələri, multikultural dəyərləri barədə buraxılan nəşrlər haqqında da məlumat verib. Respublikada ilk dəfə gözdən əlillər üçün Qurani-Kərimin brayl əlifbası ilə Azərbaycan dilində tərcüməsinin nəşr edildiyini diqqətə çatdırıb.