XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

12 May 2015 - 04:35

Hacı Əlikram Müzəffər: “Arif həm ölü, həm diridir”

TƏK BİR O-na inananların aləmi

Bismilləhi-r-Rahməni-r-Rahim

Hədis: Allahı yaradıcı bilən, Məhəmmədi (s.ə.s) Peyğəmbər olaraq qəbul edən, din olaraq İslamı seçən kimsə… imanın dadını alır.

Bu hədisdə bildirilən hal bir zövq işidir; Haqq-a bağlılıqdan doğar. Bu bağlılıq da Allahı bilməkdir. Bu bilgi isə mərifətdir.

Bu mərifət bir nurdur. Allah sevdiyi qullarının qəlbinə yerləşdirir. Bundan daha uca, bu nurdan daha böyük bir şey yoxdur.

çünki mərifət nurdur. Mərifətin həqiqi mənası isə qəlbin yaradıcı ilə həyata qovuşması deməkdir.

Müdriklər mərifət əhli haqqında deyir:

Haqdan başqası qulun gözündən silinir. Yalnız haqqı bilirsə, mərifətə ərər, ərdiyini bilir.

Qəlbi Allaha bağlı olan dünyaya baxmaz. Axirəti də bilməz. Arifin qəlbindəki nur günəşdən parlaqdır.

Mərifət qəlbə yaxın olana – Allaha yaxınlıqdır. Hər şeyi buraxıb, hər şeyi bilən və eşidən sultana – Allaha dönməkdir.

Görünüşü dəlilik, şəkili bilgisizlik, mənası çaşqınlıqdır.

Arif olan yalnız Haqq elmi ilə çalışır. Başqasını bilməz. Xalq ona baxınca “Cahildir” deyir. Lakin o, daim bir haqq heyranlığı içindədir. Xalq ona “Bu, dəlidir” deyir. Amma arif olan Allah sevgisini bilir. Onun içi haqqın cəlal sevgisi ilə doludur. Ona baxanlar qorxuya düşürlər.

Mərifət aləmində xəbər verməyə heç kimin gücü çatmaz. çünki mərifət haqq vergisidir: bilən ona gedər.

Arif olan bilir ki, Haqq Təala, bütün halını bilir. Arif həm ölü, həm diridir. O böyük görünəndir, həm də görünməyəndir.

Ariflər nəfslərini haqq varlığı önündə yox etmişlər. Haqqa qarşı gücləri, qüvvətləri yox olmuşdur. Əgər onları var görürsən, o varlıq Haqqdandır. Malın sahibini bilirlər mülkə qiymət verməzlər. Onların zənginliyi Haqqla olur.

Hədis: Əgər Haqqa qarşı tam irfan sahibi ola bilsəydiniz. O irfandan sonra cəhlə və bilgisizliyə yer olmadığını anlardınız. Dağlar çağırışınızla yerlərindən oynardı.

Mərifət yoluna girən az sözlü olar. Sonsuz heyrət və fikir içində olur. Haqqın birliyinə keçmək istər. Hər halı buraxır. Bütün halların sahibinə bağlanır.

Arif halını anladarsa, həlak olur. Susarsa, yanar.

Onlar xalqa nəsihət edərlər. Amma bu nəsihətlərdə onlardan bir şey ummazlar.

Onların məqsədləri, Haqqın əzəmət dəryasıdır. Arzuları da saflıq və təmizlik ümmanıdır.

Onlar dünyaya qiymət vermədən baxarlar. Axirəti ürəkdən gözləyirlər. Nəfslərinə qiymət verməzlər. Onlar qulluq edərkən qüsurlarını görürlər. Buna görə də ibadətləri gözlərində böyüməz.

Onları nəfsləri islah olmuş və dünyanı buraxmışlar.

Cəfa onlara dad gəlir. Onların halları dünyada qəribdir. Sinələrində döyünən qəlbləri qəribdir. Qəriblik dərdi onlara rahatlıq vermir. Bu qəriblik və zavallılıq Haqqa qovuşuncaya qədər davam edər.

Onların işləri əcaibdir. Mövla onlara təbibdir. Danışmaları içdən gəlir.

Əgər bunların aləmini biri, əsil varlıqları ilə görsə düşər, ölür. Cahil onları bilməz. Onların işinə cahilin ağlı ərməz.

Onların dünyada bir çox əlamətləri var. Başlıcası bunlardır. Bəlanı çox qəbul edərlər. Hüznlər onlara rahatlıq verir.

O böyük insan xarici görünüş ilə insanlarla keçinir. İçində isə Allahla olur.

Əziz odur, zəlil odur, kasıb odur, zəngin odur.

Onları nə dünya əhli tanıyır, nə də axirət əhli. Onları ancaq Allah tanıyır.

Onları yalnız Allah görür və yalnız o bilir. Onlar Allah qatında qiymtli və dəyərlidirlər.

Heç kimin qəlbinə gəlməyən hikmətli sözlər onun dilindən tökülür.

Qəlb vücüd içində bir köşkə bənzəyir. Mərifət isə oranın sultanıdır. Ağıl isə oraya validir. Bütün vücud ağıla uyar. Dil o aləmin tərcüməçisidir. İnsandaki sirr isə Rəhmanın xəzinəsidir.

Baxanda daima bir hüzn içindədirlər. ölüncəyə qədər bu halları davam edər.

Hədis: Vücudda bir ət parçası vardır. O, təmiz olduğu halda bütün vücud yararlı hala gəlir. O, pozulduğu zaman isə bütün vücud fəsad olur. O ət parçası qəlbdir.

Ruhlarının ehtiyacı sevgidir, məhəbbətdir.

Qəflətdə olanlar güldüyü zaman ağlayırlar.

İrfan sahiblərinin başda gələn nişanı göz yaşıdır. Hallarını düşündükcə gözlərindən sellər kimi yaşlar gəlir.

Hədis: Bir ümmət içində Allah üçün ağlayan bir kəs olsa, onun hörmətinə bütün ümmətə Allah Təala rəhməti ilə təcəlli edər.

Onlar Haqqın sevgisini alırlar. O`nun gözəl dəvətini eşidirlər. Bundan sonra ağılları uçar, qəlbləri ona qaçar.

Qüdsi hədis: Bəla sevdiyim qullara, bir sel axıntısından daha tez çatır. Dünyadan ayrılıq sözü edilsə, çox xoşlanırlar.

Əgər Allah sevgisiylə içi yananlar üçün müəyyən bir zaman olmasaydı, Allahı andıqları an ölərlər. Bütün hərəkətlərini Allah yolunda edərlər və o uğurda son nəfəslərini verirlər.

Hər an ölümü gözləyirlər. Bu gözləmə bir sevgilinin sevgilisinə qovuşmağı gözləməyi kimidir.

Onlara bu dünyada çox qalmaq ağır gəlir. Bu dünya onlara bir zindandır. Buradan köçənə qədər rahat olmurlar. Bu aləmdən köçmək arzuları susuz insanın suya duyduğu arzudan daha ucadır.

Dünyadan ayrıldıqları zaman dünya və əhlinin əza və cəfasından qurtulur.

Sevənin ölümü – sonu olmayan həyatdır.