XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

12 May 2015 - 06:30

Dünyanın ən böyük “Quran” kitabı hazırlanır

Dünyanın ən böyük “Quran” kitabı iranlı xəttat Əli Əkbər İsmayıl Kuçani tərəfindən hazırlanmaqdadır. Yazılmaqda olan bu Quranın boyu 2,5 metr, eni isə 1,75 metr olacaq. 650 səhifədən ibarət olacaq bu kitabın yazılmasında sülüs, nesih, kufi, reyhani, nəstəliq, divani və sair xəttatlıq növlərindən istifadə olunacaq. 114 cüzdən ibarət olan “Quran”ın hər bir surəsi ayrı xətt növü ilə yazılacaq.

2009-cu ildə yazılmağa başlanan bu “Quran” kitabı bu il tamamlanacaq və 2 oktyabr 2015-ci ildə keçiriləcək “Qədir-Xum bayramı”nda sərgilənəcək.

Bundan əvvəlki ən böyük “Quran” isə ötən il Əfqanıstanda nümüyiş olunmuşdu. Hazırlanması 5 ilə başa gələn həmin kitabın uzunluğu 2, eni 1.5 metr idi.

Strateq.az