XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

05 Mart 2015 - 13:16

Minillərdən bulana-bulana gələn BÖYÜK TƏHRİF

Əslində Sərdar Cəlaloğlunun qapısını başqa niyyətlə döymüşdüm. Məqsədim hardasa bir il bundan əvvəl irəli sürdüyü yeni nəzəriyyə ilə tanış olmaq və onu oxucularla tanış etmək idi. Saatyarımdan artıq sürən söhbətimizin isə daha geniş, əhatəli, daha məzmunlu alındığını düşünürəm.

ADP sədriylə onun əsasini qoydugu kondisiologiya elminin -mütləq həqiqqət haqqinda elmin – baxış bucağından dinə, ictimai-siyasi və qlobal problemlərə bərabər nəzər saldıq. Və müsahibənin sonunda belə razılaşdıq ki, zaman-zaman müxtəlif məsələləri birgə seyr edək, gördüklərimizi sizə də çatdıraq. Müsahibəmizin ilk mövzusu isə Sərdar bəyin tək bir Haqq dini olan İslam və onun insanlar tərəfindən təhrif edilməsi məsələsi oldu.

Minillərdən bulana-bulana gələn və bu gün də davam edən

BöYüK TƏHRİF

-Sərdar bəy, yeni bir elmin əsasini qoymusunuz və qeyri-ciddi şəkildə ictimai müzakirələrə səbəb olsa da, bu elm, səhv etmirəmsə, elmlə dinin birləşdirilməsi fikrini özündə ehtiva edirdi. Fikrinizə görə, dində islahatlar aparılmalı, bir çox ehkamlara müasir elmi nəticələrə uyğun yozumlar gətirilməlidir. Maraqlıdır ki, bu yaxınlarda, təxminən, eyni mülahizələrlə sünni dünyasının önəmli din xadimlərindən biri çıxış etmişdi. Doğrudanmı, bu cür islahatlara ehtiyac var və necə bir islahat aparılmalıdır?

– Əslinə baxsan, bu fikri irəli sürən ilk adam da mən deyiləm. Xristianlıq tarixində nəhəng dini reformasiyalar mərhələsi yaşanmışdır. Buradan protestanlıq, lüteranlıq və s. meydana cıxmışdır, hansi ki, katolikliyin parcalanmasi ilə nəticələnmişdir. Xristianlıqda reforma dinin elmə qarşi elan etdiyi müharibənini dayandırmaq olmuşdur. Əslində, müasir Avropa inkişafını məhz bu reformalara borcludur. Hansi ki, orta əsrlərdə elm adamlarina inkvizisiya məhkəmələrində divan tutulmasina son qoyulmasına gətirib çıxarmışdı. Lakin bu islahatlar kifayət etmədi və xristianlıq bir din kimi ona inananlar arasında sürətlə zəifləməkdə davam etdi və onun boş buraxdigi yerdə ateist görüşlər inkişaf etməyə başladı. Bu vəziyyətdən cıxmaq ücün bir sıra fikir adamları, alimlər müxtəlif təşəbbüslərlə – dində yeni reformaların həyata kecirilməsinin vacibliyi ilə bağlı təşəbbüslə çıxış ediblər. Bunlardan biri də E. Fromdur. From özünün “Arzuların inqilabı” əsərində belə fikir irəli sürmüşdü ki, insanlıq düşdüyü müasir sosial, iqtisadi, mənəvi böhrandan xilas olmaq istəyirsə, bir yol var – dinə yenidən qayıtmaq. Bu isə dinə daha ali ölçüdə yenidən yanaşmağı (yenilik gətirmək yox!!) tələb edir. Təbii ki, burada mühafizəkarlarla yenidən anlamaq istəyənlər arasında zidiyyət meydana çıxır. E.From dinə yeni ali ölcülərdən yanaşmağın nə demək olduguna tam aydınlıq gətirmir və dinə qayıtmağı təmin edəcək yeni ali ölçülərin mahiyyəti barədə heç bir fikir deməyib. Bu məsələ məni çox düşündürürdü. Buna görə də Qurani-Kərimi oxuyub onu anlamaq qərarına gəldim. Fərdi araşdırmalarım nəticəsində məlum oldu ki, dünyada əslində müxtəlif dinlər yoxdur. Eyni bir dinin – İslam dinin müxtəlif təhrif edilmiş formalaları var. Di gəl ki, eyni dinin mənsubları özlərinə müxtəlif adlar qoyaraq bir-birinə düşmən münasibəti bəsləyir, baş kəsib qan tökürlər. Hətta vaxtilə kafirlərin müsəlmanlara, müsəlmanların kafirlərə göstərmədiyi münasibəti onlar bir-birilərinə göstərirlər. Allah Təalanın Quranda icazə vermədiyi hədlərdə bir-birini cəzalandırırlar. Bütün bunların hamısının səbəbini araşdırdım və Qurani-Kərimin təhrif olunmamış yəhudiliyin, xristianlığın və bizim müsəlmanlıq adlandırdığımız dinin eyni bir din oldugunu təsdiq etdiyi məlum oldu. Bunların ümumi adı İslamdır. Necə ki, Qurani-Kərim də o cür deyir. Buna görə də Qurani-Kərim Nuh, İbrahim, Davud, Musa, İsa peygəmbərlərin Mühəmməd peygəmbərlə yanaşı bizim də peyğəmbərimiz olduğunu, onlara itaət etməmizi, Tövratı və İncili mütləq oxumağımızın vacibliyini bildirir.

Məni bir sual maraqlandırdı – nə baş verib ki, Allah Təalanın insanlığa rəhmət olaraq göndərdiyi kitablar yerdə ola-ola dünyada bu qədər fitnə-fəsad hökm sürür? Bu necə rəhmətdir ki, insanlıq dinə inana-inana dünya müharibələri, vətəndaş qarşıdurmaları, məzhəb savaşları, terrorlar törədir, xaç yürüşləri, İslam cihadları baş verir? Bu gün belə din adı altında müharibələr davam edir, terrorçu dəstlələr yaradılır, günahsız insanların qanı axıdılır. Kapitalizmin cinayətləri dünyanın hüzurunu pozur. Bütün bu qanlı, qeyri-əxlaqi hadisələrin hamısı da Tövratın, İncilin və Quranın Yerə nazil edildiyi vaxtdan sonra baş verir. O zaman ortaya belə bir məntiqi nəticə çıxır: ya bu kitablar Allahın rəhməti deyil, ya da biz onları düzgün başa düşmürük. Mənim Qurani-Kərimi araşdırmam nəticəsində məlum oldu ki, əslində, Kitabların insanlar tərəfindən (hətta bəzən belə insanlar cox böyük dini və ya elmi titullara malik olsalar da) başa düşülməsi yanlış olub. Bunun iki başlica səbəbi var. Birincisi, dini ehkamların düzgün anlaşılması ücün tələb olununan dəlil yetərsizliyi. Bu, Kainat elmlərinin inkişaf səviyyəsi ilə şərtlənmişdir. Ona görə də bu cür anlaşılmaya görə kimsəni qınamaq olmaz. İkincisi, kifayət qədər elmi dəlillər olmasına baxmayaraq, insanlarin özlərində olan batili bilgilərlə ehkamı sübut etmə cəhdləri. Beləliklə, bəziləri öz fərdi çıxarlarını hakimiyyyət və sərvət əldə etmək məqsədilə dini özlərinə sərf edən şəkildə anlatmaga cəhd etmişlər. Yəni istər bu günkü istər İncilin, istər Tövratın, (Talmud, Kabbala) əmələ gəlməsi, istərsə də Quranın insanlar tərəfində keyfi təfsiri Haqq kitabının təhrifindən başqa bir şey deyil. Beləcə Allahın insan oğlu üçün müəyyənləşdirdiyi bir düz yoldan çoxlu əyri yollar meydana çıxıb.

-Yəni hesab edirsiniz ki, əslində, bütün təkallahlı dinlər eynidir və istər xristianlar, istər yəhudilər, istərsə də müsəlmanlar təhrif olunmuş dinə inanırlar?

– Bəli, əslində, xristianlar da, yəhudilər də, müsəlmanlar da İslam dininin ümmətidirlər. Sadəcə, onların hamısı hərəsi bir cür təhrif olunmuş İslama inanır. Bəziləri Kitabı təhrif ediblərş. Məsələn. yəhidilər Tövrati təhrif ediblər. Bəziləri Kitabda yazılanları yanlış təfsir edərək Haqq yoldan ayrılıblar. Məsələn, xristianlar bu yolla gediblər. Bəziləri də mədəniyyəti, fəlsəfəni və ya batili inancı dinə tətbiq edərək təhrif ediblər. Bu mənada Qurani- Kərimin keyfi təfsirləri də, əslində, ilahi mesajın təhrifidir. Dinə tətbiqlə onun təhrif edilməsi əksəriyyət İslam alimləri tərəfindən təsdiq olunmasina baxmayaraq, elə həmin alimlər keyfi təfsirə əl atmaqla eyni yanlış yolu getməyə məcbur olublar.

-Bu təhriflər necə ortaya çıxıb?

-Birincisi, Tövratdan başlayaq. Hesab edirəm ki, ilahi mesajın ən ciddi təhrifi Tövratda baş verib. Bilirsiniz ki, Tövrat Musa peyğəmbərə gil lövhələrdə göndərilmiş səhifələrdən ibarət olub. Necə ki, Musa peygəmbər sag idi, yəhidilərin arasında idi
və gil lövhələr əlcatar idi, hec bir təhrif yox idi. Tövrat həqiqi ilahi Kitab, o dövrdəki müsəvilik həqiqi İslam idi. Lakin Musa peygəmbər dünyadan gedəndən və gil lövhələr müəmmali şəkildə itiriləndən sonra yəhudi din adamları onu yazıya almağa başlayiblar. Bu zaman isə kim necə xatırlayıbsa və ya həmin dövrün şərtləri necə yazmagi şərtləndiribsə, elə yazıblar. Tövratın yazıya alınması zamanı üç böyük təhrifə yol verilib və bu təhriflərin hamısı yəhudilərin əsarətində yaşadıqları imperiyaların rəsmi ideologiyasına inteqrasiya zərurətindən doğub. Belə ki, yəhudilər əvvəl Misir fironluğunun köləliyində olublar. Bu zaman Misirin çoxallahlı dininin bəzi elementlərini sonradan nazil edilmiş Tövrata daxil ediblər. Bundan Talmud meydana gəlib. Daha sonra Babillərin əsarətinə düşüblər və onların dini-fəlsəfi görüşləri olan astrologiyanı Tövrata əlavə ediblər, Kabbala əmələ gəlib. Sonradan İsrail Roma imperiyasının tərkibinə keçib və qədim yunan və roma mifoloji mətnlərini Tövrata əlavə ediblər, Tövratın bu günkü variantı ortaya çıxıb. Beləcə bu günkü Tövratda və onun şəkildəyişmələrində üç batil görüşün silinməz izləri var. Eynilə İncilə də buna bənzər təhriflər edilib. Halbuki İsa peyğəmbər Tövratdakı təhrifləri ortadan qaldırmaq üçün göndərilmişdi. Bilirsiniz ki, İsa peyğəmbər Roma imperiyası dönəmində dünyaya gəlmişdi. Bu o zaman idi ki, Tövrata mifik düşüncə elementləri böyük surətlə dolurdu. Romalılar o zaman Haqq diniylə tanış olmasalar da, yəhudiliyə batili din kimi baxırdılar. Əslində, yəhudilər də özlərini siyasi basqılardan sığortalamaq üçün romalıların dini düşüncələrini mənimsəyirdilər. üstəlik, yəhudilərin istənilən topluma uyğunlaşmaq xüsusiyyətləri var idi. Bu da Tövratın daha çox təhrir olunmasına yol açırdı.

Roma mifologiyasının Tövrata əlavə olunması müxtəlif istiqamətlərdə baş verirdi. Bunlardan biri mifik tanrı adlarının peyğəmbər kimi qəbul edilib onlarla bağlı əsatirlərin Tövrata salınması idi. Məsələn, yəhudilərin antik təfəkkürdən aldıqları müharibə “allah”ı Mars Tövrata peyğəmbər adı kimi düşüb. Yaxud Yupiterin adı da həmçinin. İsa peyğəmbər də məhz bu prosesi dayandırmaq missiyası üçün Allah tərəfindən seçilmişdi.

-İncildə hansı təhriflərə yol verilib?

-Tövratdan fərqli olaraq İsa peygəmbərə xüsusi kitab verilməyib. O, Tövratın yenidən öz əvvəlki müqəddəsliyinə qaytarılması, Allahin bəzi əmrlərinin dəyişdirilməsi və bəzi yeni əmrlərinin elan olunması ücün göndərilmişdi. Necə ki, o da insanlar arasında idi, təblig etdiyi həqiqi İslam idi. Amma İsa peygəmbər göyə aparıldıqdan bir necə on il sonra onun təbliği kitab halına salınmaga başlandı. Qisa müddət ərzində yüzlərlə İncil meydana cixdi. Bunların əksəriyyətində başqa batil dinlərin – buddizmin, atəşpərəstliyin və batil bilgilərin –astrologiya, əl-kimya və trequriyanin tətbiqləri geniş şəkildə əks olunur. Hətta evangelistlər təriqətinin mənsubları İncilə yox, “ücqat nəhəng Hermesə” tapınırlar, hansı ki Misir çoxallahlılığındakı Tot və yunan çoxallahlılığındakı Hermesin Roma çoxallahlılığındakı Marsla birləşməsindən (reinkarnasiyasindan) meydana çıxmış fəlsəfi-dini görüş kimi mövcuddur. Allahların bir-birinə birləşməsi əslində buddizmin reinkarnasiya təliminin İslama tətbiqindən başqa bir şey deyil, bu günkü xristanliqda “bir Allah – üc surət” anlayışı da bununla bağlıdir. Bu təhriflər batil inancların insanların öz düşüncələri əsasında İncilə daxil edilməsi kimi baş verdi. Məsələn, İncili tədqiq edənlər sübut edirlər ki, onun mətnində olan bir çox cümlələr əslində ayə deyil. Onlar vaxtilə İncilin üzünü köcürən katiblərin özlərinin ayələri başa düşdükləri kimi kitabın səhifələrinin kənarına yazdıqları xüsusi qeydlər olmuşdur. Sonraki köçürmələrdə səhifələrin kənarındakı qeydlər də mətnlərin daxilinə köçürülmüşdür. Yəni zaman keçdikcə növbəti katib həmin cümlələrin ayə olduğunu düşünüb İncilə salmışdır. Məsələn, bir Allah və onun üç sifəti barədə fikirlər Məryəm ananın İsanı necə dünyaya gətirdiyini şərh etmək üçün hansısa katib tərəfindən kitabın qırağına edilmiş qeyddir. Yaxud İsa peyğəmbərin öldürülüb sonra nəşinin göyə çəkilməsi haqqında rəvayət də qeybi anlatmaq üçün uydurulan katib xətasıdır. Bu iki təhrifi xristianların özləri sübut ediblər. Əsl İncildə belə rəvayətlər olmayıb. İncilin bəzi ayə və surələri isə yox olub, yəni mətnə alınmadan itib. Bilirsiniz ki, İsa peyğəmbərdən sonra onun müridləri tərəfindən yayılan xristianlıq bir-biriylə uzlaşmayan bir çox İncillər ortaya çıxarmışdı. Hətta bu kitabların hansının düz olduğunu müzakirə etmək üçün xristian din adamları dəfələrlə bir araya gəlib müzakirələr aparmışlar. Tarixə İznik konsilləri adıyla düşən bu toplantılarda bir sıra kitablar yasaqlanmış, əsasən İncilin dörd versiyası üzərində durulmuşdur. Miladdan sonra 325-ci ildə keçirilən Birinci İznik konsilində alınan qərarlardan biri də Məsihin tanrı olub-olmamasının müzakirəsi idi və antik Roma təfəkkürünə uyğun olaraq (Onlarda çarlar öldükdən sonra Allah elan olunurdu. İsa peygəmbər də məcazi mənada özünü insanların “çarı” adlandırdığından romalılar ölümündən sonra onun Allah oldugunu düşünmüşlər.) İsa peyğəmbər Allah elan olunmuş, bunu inkar edən bütün xristian təlimlər yasaqlanmışdı.

Buradan görünür ki, ən azı, 325-ci ilə qədər üç tanrı düşüncəsini qəbul etməyən İncil nüxsələri var idi və onlar daha sonra yasaqlanmışdır. Bu yaxınlarda gündəmə gətirilən Varnava İncilinin də məhz üç tanrı fikrini qəbul etmədiyinə görə yasaqlanan kitablardan biri olduğu bildirilir. Nə yazıq ki, zamanla az təhrif olunmuş həmin kitablar da yox olmuşdur. Nəticədə Məhəmməd peyğəmbərin İslamı yenidən öz məhvərinə qaytarmaq üçün yerüzünə göndərilməsi zərurəti yaranmışdır.

-Sərdar bəy, Allah-Təala Quranı-Kərimdə bildirir ki, mənim göndərdiyim kitabları indiyə qədər təhrif ediblər. Quranı isə edə bilməyəcəklər. çünki onu mən qoruyacağam. Siz isə bütün Haqq kitablarının təhrif olunduğunu deyirsiniz.

-Yox, elə demirəm. Quran, əlbəttə, təhrif olunmamışdır. Digər kitablardan fərqli olaraq Allah-Təala onu göndərdiyi kimi qoruyub bu günlərə çatdırmışdır və Qiyamətə kimi də elə saxlayacaq. Təhrif Quranda yox, onunla yanaşı etiqad mənbəyi kimi qəbul edilən təriqət kitablarında həyata keçirilmişdir. Bu təhriflər Qurani-Kərimin ayələrinin müxtəlif qeyri- elmi – batini ölcülərlə dərk edilməsindən meydana çıxmışdır. Əslində, Məhəmməd peyğəmbər İncildəki təhrifləri ortadan qaldırmaq, Allah-Təalanın əvvəlki əmlərinin bəzilərini dəyişdirmək, qüvvədən salmaq və ya əvəzləmək və əvvəlki kitablarda verilməyən dəlil və nişanların elan olunması missiyyasi ilə secilmişdir. Buna görə də Qurani-Kərim İslam dinin kamilləşməsi və tamamlanmasını elan edir. Onun vasitəsilə Allah-Təalanın öz dinindəki islahatlarının Qurani-Kərimdən ibarət olduğunu bildirir. Nə zaman ki, peyğəmbər sağ idi, ilahi mesaj insanlara düzgün çatdırılırdı. çünki kitabı gətirən Məhəmməd peyğəmbər hər suala bilavasitə cavab verə və ya Allah-Təala Cəbrayil vasit
əsilə müxtəlif məsələlərə aydınlıq gətirə bilirdi. O, vəfat etdikdən sonra isə vəziyyət dəyişildi. Müsəlmanlar Quranı dərk etmək üçün müxtəlif istiqamətlərdə axtarışlara başladılar. Bu zaman çox böyük bir proses meydana çıxdı. Din adamları Quranda tapa bilmədikləri suallara Tövratda və İncildə cavab axtardılar və ya anlamaqda çətinlik çəkdiklərini Tövrat və İncil vasitəsilə anlamağa cəhd etdilər. Əslində, bunun dini əsası da var idi. Quranı-Kərimdə Allah-Təala buyurur ki, bilmədiklərinizi onlardan soruşun (Nəhl surəsi, 43. – Heydər Oğuz). Zaman-zaman bu ayə “Bilmədiklərinizi xristian və yəhudi qaynaqlarından öyrənin” kimi anlaşılmışdı. Di gəl ki, müsəlman din xadimlərinin istinad edəcəkləri qaynaqlar artıq təhrif edilmiş İncil və Tövrat idi. Bu minvalla İslamda iki böyük təriqət əmələ gəldi. Yəhudi inanclarına və ya Tövrata istinad edənlər, yəni Quran ehkamlarını anlamaq üçün Tövratı incələyənlər sünni təriqəti qurdular. Qurana İncili tətbiq edənlərdən isə şiələr meydana gəldi. Odur ki, şiəlikdə xristianlara, sünnilikdə isə yəhudiliyə xas əqidə anlayışları var.

-Şiələrdə imamın şəkilləri, doğrudan da, ikonaları xatırladır…

-Bəli, eyni şeydir. Daha başqa bənzərliklər də var. Məsələn, şiəlikdə 12 imam məsələsi xristianlıqdakı Məsihin 12 şagirdi anlayışının müsəlmanlaşmış formasıdır. Mehdi sahib-əz zaman anlayışı İsa peyğəmbərin qeybə çəkilməsi və nə zamansa yenidən nüzul etməsinin İslami metaforasıdır. İmam Hüseyn faciəsi ilə İsa peygəmbərin Yer həyatında çəkdiyi çilə analogiyalardan ibarətdir. Hətta bizdə məhərrəmlik təziyələrində özünə əzab vermə şiəlikdən bir necə yüz il qabaq xristian təriqətlərində İsa peygəmbərin çəkdiyi çiləni çəkmək kimi geniş yayılmışdı. Hətta bu gün bəzi xristian ölkələrində İsanın çarmıxa çəkilən günü özünü çarmıxa çəkdirmək ayinləri geniş şəkildə tətbiq olunur. Bu gün şiələrin xristianlardan daha çox yəhudilərə düşmən olması, eləcə də sünnilərin yəhidilərə yaxın, xristianlara uzaq olması bu təriqətlərin mahiyyətindən doğur.

-Sərdar bəy, siələri anladım. Bəs, sünnilərin yəhudilərlə nə əlaqəsi var?

-Sünnilər dini inanışlarının bəzi elementlərini yəhudilərdən əxz etdiklərinə görə onlarda da müəyyən bənzərlikləri görə bilərik. Məsələn, yəhudi inanışına görə, Allah-Təala 72 yəhudi ağsaqqalının gözünə görünüb. Allahı görən bu ağsaqqallar Musa peyğəmbər qədər müqəddəs biliniblər. Eynilə sünnilər də peyğəmbəri görən əshabələri peyğəmbərin özü qədər müqəddəsləşdiriblər. Şiələr imamları necə sevirsə, sünnilər də əshabələri o qədər sevirlər. Beləliklə, məlum olur ki, İslamda iki böyük məzhəbin əmələ gəlməsi təhrif edilmiş Tövratın və İncilin Qurana tətbiqiylə ortaya çıxıb. İslamın təhrifi bununla məhdudlaşmayıb. Daha sonra hər məzhəbin daxilində xeyli təriqətlər də yarandı.

-Məhzəbiçi təriqətlərin yaranması nəylə bağlı idi?

(Ardı var)

Heydər Oğuz