XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

30 Yanvar 2020 - 09:57

Şah Abbas məscidində oğurluq:“Qurani Kərim” kitabı da aparılıb

Gəncə şəhərində məsciddən oğurluq olub.

Strateq.az “Report”a istinadla xəbər verir ki, şəhərdə yerləşən Şah Abbas məscidindən oğurluq edilib.

Məlumata görə, məsciddən “Qurani Kərim” kitabı və 110 manat pul oğurlanıb.

Hadisəni bir və ya birdən çox şəxsin törətdiyi hələ məlum deyil, araşdırma aparılır.

Qeyd edək ki, Şah Abbas məscidi (və ya Gəncə Cümə məscidi) Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşən, XVII əsrdə Arran memarlıq üslubunda inşa edilmiş tarixi məsciddir.