XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

10 Aprel 2020 - 19:39

Ölən şəxslərin nəşinin Azərbaycana gətirilməsi… –Hökumət proseduru müəyyənləşdirdi

“Sərhədlər bağlı olduğu müddətdə yalnız vəfat etmiş Azərbaycan Respublikası vətəndaşının nəşinin 1 nəfər yaxınının müşayiəti ilə (müşayiət edən şəxs Azərbaycana keçdikdən sonra karantində saxlanılmaqla) ölkəyə gətirilməsinə istisna hal kimi şərait yaradılacaq”.

Strateq.az xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün yaydığı məlumatda yer alıb.

Bildirilib ki, qlobal pandemiya dövründə vətəndaşlar insanların sağlamlığı və təhlükəsizliyi naminə mövcud tələb və qaydalara əməl etməli, sərhəd məntəqələrində toplaşmamalı, bununla da yaşadıqları ölkələrin karantin rejimini pozmamalıdırlar.