XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 April 2020 - 21:04

Müqəddəs Ramazan ayı başlayır –Türkiyə bu gün "niyyət gecəsi" olduğunu elan etdi

Türkiyə Respublikasının Diyanət İşləri Başkanlığınını məlumatına görə, bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi – niyyət gecəsidir. Gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt qəlbdə niyyət etməklə hər bir müsəlman Ramazan ayına başlamış olur.

Niyyəti həm hər ayrıca gün üçün, həm də bütün ay üçün etmək olar. Niyyət belə edilir (bütün Ramazan ayı üçün): “Bir ay Ramazan ayının orucunu tuturam, vacib qürbətən iləllah”.

Belə deyilsə, artıq digər gecələr niyyət edilməsinə lüzum yoxdur.

Hər gün üçün niyyət belə edilir: “Sabah üçün Ramazan orucu tuturam, vacib qürbətən iləllah”.

Belə niyyət edilirsə, o zaman niyyət hər axşam olmalıdır.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda  bu il Ramazan ayının miladi təqvimi ilə aprelin 25-də başlayacağına dair fətva verib.

Bildirək ki, Ramazan – müsəlman ay təqviminin doqquzuncusudur. Bu ay ərzində müsəlmanlar vacib buyurulmuş oruc tuturlar.