XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2020 - 22:12

AYASOFYA MİNBƏRLƏRİNDƏN YENİDƏN AZAN SƏSİ EŞİDİLƏCƏK –Məbəd-muzeyin məscid kimi fəaliyyəti üçün 2 iyulda qərar veriləcək

Bülənt Ərandaç

“Takvim”, Türkiyə, 29 iyun 2020-ci il

 

Gözəl Türkiyəm tarixi günlərdən birini də yaşayacaqdır. Ayasofyada namaz qılmağa az qalıb. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və əziz türk milləti 02 iyul 2020-ci il, cümə axşamı günü Ali İnzibati Məhkəmənin verəcəyi qərarı gözləyir. On minlərlə adam da, inşallah, 15 iyulda, çərşənbə günü namaz qılmağa hazırlaşır.

Bildiyiniz kimi, İstanbulun fəth edilməsinin ildönümündə “Quran”ın “Fəth” surəsi oxunaraq, əziz millətimizin illərdir həyəcanla gözlədiyi hadisə reallaşmışdır. O gündən 15 iyuladək uzanan günlər yeni müjdələrlə davam edəcək.

Ali İnzibati Məhkəmə Nazirlər Şurasının Ayasofya kimi, Fatih Sultan Mehmet Fonduna aid olan “Kariye Camii”nin muzeyə çevrilməsinə yol açan qərarını da ləğv etmişdi. Həmin qərar Ayasofya üçün presedent ola biləcək xarakterdə idi. “Kariye Camii”nin yenidən məscid olmasının önünü açan qərarın davamlı olaraq diskussiya mövzusu olan Ayasofya üçün də presedent olacağı vurğulanırdı.

Qərarda xeyriyyəçilərin savab qazanma məqsədilə inşa etdiyi,  böyük türk hökmdarı Fatih Sultan Mehmetin adına olan Fonda aid “Kariye Camii”nin, ümumiyyətlə bu tip daşınmaz əmlakların Fondun müəyyən etdiyi qaydalardan kənar şəkildə istifadə edilə bilməyəcəyinə də diqqət çəkilmişdi.

“Kariye Camii”nin məscid olaraq istifadə edilməsinin qanuna və ictimai nizama zidd olmasından söz edilə bilməyəcəyinin ifadə edildiyi həmin qərarda Nazirlər Şurasının məhkəmə işinin predmeti olan müvafiq qərarının səlahiyyət, forma, səbəb və məqsəd baxımından hüquqa zidd olduğu bildirilirdi.

Bu il 15 İyul xain çevriliş cəhdinin 5-ci ildönümünü “Kariye Camii” haqqında verilən və presedent ola biləcək qərarın işığında başqa duyğularla dəyərləndirəcəyik. Əgər 15 İyul xain çevriliş təşəbbüsünün yaşandığı gecə Prezident Rəcəb Tayyib Ərdoğana sahib çıxan əziz millətimiz deyil, vətən xainləri qalib gəlsəydi, nələr ola bilərdi? Türkiyəni Allah qorudu. Pandemiya ilə zəif, bir neçə hissədən ibarət hökumətlə mübarizə edə bilməzdik. 2001-ci ildə olduğu kimi, iqtisadiyyatda, siyasətdə və sosial həyatda dibə vurardıq. “Dərin Amerika” ilə “Dərin Avropa”nın oyuncaq FETÖ vasitəsilə ssenariləşdirdiyi xain planlarla baş-başa qalardıq. Türkiyə tamamilə xaricdən asılı bir ölkəyə çevrilərdi.

15 İyul xain çevriliş cəhdi baş tutsaydı, ABŞ-ın Suriya və Aralıq dənizini bölməsi planına yardımçı olacaqdı. Yaxın coğrafiyamızda müsəlmanların qanını əmməyə hesablanmış “parçala, hökm sür” siyasəti daha geniş formada dövrəyə soxulacaqdı. Bu, “Dərin ABŞ”-ın müsəlman dünyasında çox böyük bir həmləni gerçəkləşdirməsi üçün vəsilə olardı. Bu kontekstdə, dinlərarası dialoq maskası altında aparılan siyasət nəticəsində uzun müddətdə nə müsəlmanlıqdan, nə də türklükdən əsər-əlamət qalmayacaqdı.

Silahlı Qüvvələrin də NATO-nun forpostu halına gətirilməsi planlaşdırılmışdı. Silahlı Qüvvələr ABŞ-ın istəkləri yönündə xidmət göstərən bir güc halına gətirilsəydi, Suriya, İraq, Liviya və Aralıq dənizi hərəkatlarını icra edə bilməzdi. Günlərimiz daxili çəkişmələrlə keçərdi.

Nəticə: 15 İyul Türkiyəni işğal olunmaqdan da qurtaran bir xalq dirənişi idi. O gecə əziz türk milləti Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində NATO-MKİ oyuncağı olan xain FETÖ-çüləri tarixə dəfn edərək müvəffəqiyyət əldə edincə, Türkiyənin 50 il geriyə düşməsinin də qarşısını almışdır. Bəli, “su yatar, düşmən yatmaz”. Uğur qazana bilmədilər, lakin hələ də oyun qurmağa çalışırlar. Bütün hücümları iman dolu “Ərdoğan-türk milləti divarları” dibində “əriməyə” məhkumdur.

İnşallah, 15 iyulda Ayasofyada başlayacaq namazlar Türkiyənin əsrlərin dərinliyindən gələn tarixi yürüşünə əlavə dəyər qatacaq, onu daha uğurlu edəcəkdir.

Tərcümə Strateq.az-ındır