XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2020 - 16:22

İyulun 29-da Həcc mərasimi başlayır –Min zəvvarla

Səudiyyə rəsmiləri 2020-ci il Həcc ziyarətinin iyulun 29-da başlayacağını və təxminən 1000 zəvvarın ziyarətdə iştirak ediləcəyini açıqlayıb.

Strateq.az “əl-Cəzirə”-yə istinadla xəbər verir ki, mərasim səhiyyə qaydalarına ciddi şəkildə riayət olunmaqla keçiriləcək. Həcc bitdikdən sonra zəvvarlar karantinə alınacaqlar.

Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin açıqlamasına görə, bu il Həcc ziyarətində yalnız 65 yaşdan aşağı olanlar, xroniki xəstəlikləri və s. olmayanlar iştirak edə bilər.

Rəsmilər cəmi min nəfər Səudiyyə vətəndaşı və ölkədə yaşayan əcnəbinin qatılacağını elan etsə də, bəzi xəbər mənbələri ziyarətə 10 min zəvvarın qatılacağını bildirib.

Dünyadakı milyonlarla müsəlmanı Səudiyyə Ərəbistanına gətirən Həcc və Ümrə ziyarətləri krallığa ildə 12 milyard dollar gəlir gətirir.