XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

23 İyul 2020 - 20:27

Əli Ərbaş:"Aya Sofyaya 3 imam və 5 müəzzin təyin edilib"

Aya Sofyaya imam və müəzzin təyinatı olub.

Bu barədə Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Ərbaş bildirib.

O qeyd edib ki, Aya Sofyaya 3 imam və 5 müəzzin təyin edilib.

Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldakı Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib. Danıştay (dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəmə) Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib. Fərmana əsasən, Aya Sofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib/APA