XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

17 Mart 2016 - 18:32

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə əlavə səlahiyyət verildi –Dəyişiklik

mubariz

Bu gün Prezident İlham Əliyev “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanına dəyişikliyi təsdiqləyib.

Strateq.az xəbər verir ki, yeni fərmana əsasən, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228; 2005, № 8, maddə 708, № 9, maddə 801, № 12, maddə 1103; 2006, № 12, maddə 1034; 2008, № 2, maddə 54; 2012, № 1, maddə 6; 2013, № 12, maddə 1529; 2014, № 2, maddə 103) aşağıdakı məzmunda 2.1-2-ci bənd əlavə edilib: “2.1-2. həmin Qanunun 5.4.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir;”.

Xatırladaq ki, bu dəyişikliklərdən sonra ölkədə dini qəzet və ya təşkilat yaradanlar mütləq komitənin razılığını almalıdırlar. Əvvəlki qanunda isə bu tələb olmayıb.