XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

03 Avqust 2020 - 13:23

Keçmiş Roma Papası xəstələnıb –O, vəsiyyətini açıqlayıb

Keçmiş Roma Papası XVI Benedikt bu ilin iyun ayında Almaniyaya səfər etdikdən sonra ağır xəstələnıb.

Bu barədə “Passauer Neue Presse” nəşri Papanın bioqrafı, almaniyalı jurnalist Piter Zeevalda istinadən məlumat yayıb.

Qeyd olunur ki, həkimlər pontifeksə üz nahiyyəsində qızıl yel xəstəliyi diaqnozu qoyublar. Zeevald bu barədə avqustun 1-də Romada XVI Benediktə həsr olunmuş bioqrafiyanı təqdim edərkən xəbər tutub.

Məlumdur ki, iyun ayında Papa daha sonra ağır xəstəlikdən vəfat edən böyük qardaşı – 96 yaşlı keşiş Georq Ratsingeri ziyarət edib.

Nəşrin bildirdiyinə görə, pontifeks artıq ölümündən sonra açıqlanacaq mənəvi vəsiyyətini hazırlayıb. O, San Pietro bazilikası altındakı kriptada Müqəddəs II İoann Pavel məzarlığında dəfn edilməsini arzulayır/Report.