XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 August 2020 - 12:58

Məscidlərin açılmamasının səbəbi açıqlandı- RƏSMİ

“Virusun yayılması qapalı məkanlarda daha sürətlə baş verir”.

Bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, buna görə də məscidlərin açılmasına qərar verilmir: “Hətta bu il Həcc ziyarəti də çox qeyri-adi formada keçirildi. İnsanların səhhətinin qorunması təkcə tibb sahəsinə təsir etmir. Bu, iqtisadiyyata və digər sahələrə də çox ciddi təsir edir”.

Ş.Mövsümov məscidlərin açılmasının hazırda müzakirə edilmədiyini qeyd edib.