“Avropa Oyunları ilə əlaqədar ölkəmizə çoxlu qonaqlar gələcək. Biz onlara öz qonaqpərvərliyimizi nümayiş etdirməliyik”. Strateq.az AzVision.az-a istinadən bildirir ki, bu fikirləri azərbaycanlı sələfilərin bir qrupunun lideri, Əbu Bəkr Məscidinin imamı Hacı Qamət Süleymanov deyib.
Din xadimi Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı sələfilərə səslənib: “Biz həmişə öz təriqətimizin nümayədələrinə çağırışlar edirik. Avropa Oyunları öncəsi də çağışlar edirik ki, dindarlar təhlükəsizliyi qorusunlar, asayişi pozmasınlar. Bugünlərdə insanlar təhlükəsizlik qaydalarına əməl etməli, əmin-amanlığı qorumalıdırlar. Onları təhlükəsizliyi qorumağa dəvət edirik. Qardaşlara tövsiyyə edirik ki, Avropa Oyunları keçirilən günlərdə daha da ehtiyatlı olsunlar”.
Q.Süleymanov hesab edir ki, Bakıda 15 nəfərin ölümünə səbəb olan yanğın təxribat ola bilər: “Azərbaycanı gözü gütüməyən düşmənlər çoxdur. Xüsusilə Avropa Oyunları qabağı həmin binanın yandırılması təxribat ola bilər. Bəlkə də binanın yanması bəzi qüvvələr tərəfindən prezidentə, hakimiyyətə qarşı bir təxribatdır. Hər şey ola bilər. Təhqiqat yekunlaşdıqdan sonra hər şey aydın olacaq”.