XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2020 - 14:31

Bakıdakı Pravoslav kilsəsində ibadət keçirilib:"Qarabağ Azərbaycandır!”

Bu gün səhər Bakıdakı “Jen Mironosits” pravoslav kafedral kilsəsində Azərbaycan və onun ayrılmaz parçası olan Dağlıq Qarabağ torpaqlarında tezliklə möhkəm sülhün bərqərar olması üçün pravoslav ibadət keçirilib.

İbadət zamanı “Biz vətənimiz Azərbaycan üçün, xalqımız üçün, gecə-gündüz sülhü və təhlükəsizliyimizi qoruyan igid ordumuz üçün dua edirik. Rəbbimiz əsgərlərimizin qəlbini cəsarət və qələbəyə inamla gücləndirsin. Torpağımıza ən qısa zamanda sülhün gəlməsi üçün dua edirik. Qarabağ Azərbaycandır!” fikirləri səslənib.

İbadət sosial məsafənin gözlənilməsi qaydalarına uyğun olaraq həyata keçirilib/APA.