XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2015 - 06:02

İŞİD Şiə məscidini partladıb

Səudiyyə Ərəbistanındakı terror aktının altından İŞİD-in adı çıxdı.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD terror qruplaşması Səudiyyə Ərəbistanının şərqindəki Əl-Kadih qəsəbəsində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə “Reuters” xəbər yayıb.
Xəbərdə bildirilir ki, şiələrin toplaşdığı məsciddə baş verən partlayışı İŞİD qruplaşması üzvlərindən birinin həyata keçirdiyi haqda məlumat yayıblar.
Qeyd edək ki, ötən gün kamikadze tərəfindən törədilən partlayış nəticəsində cümə namazında olan 150 nəfərdən 20-i ölüb, 50-dən çoxu isə xəsarətlərlə xilas ola bilib.