XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 06:56

Allahşükür Paşazadə: “Sünni-şiə qardaşlığını qorumalıyıq”

“Azərbaycanda şiələr və sünnilər eyni məsciddə namaz qılır, bir yerdə ibadət edirlər. Biz bu qardaşlığı qorumalıyıq. Azərbaycanda məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin qarşısını almağı bacarmalıyıq”.

Strateq.az-ın Report-a istinadən xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

QMİ sədri əlavə edib ki, bu gün Azərbaycan böyük sürətlə dəyişir, qüdrətli dövlətlər sırasında qabaqcıl mövqeyə çıxır: “İnkişaf edən təkcə şəhər və rayonlarımız, kəndlərimiz deyil, insanlarımızın həyat tərzidir. Xüsusilə gənclərimizin dünya görüşü, savadı artır. Din xadimlərimiz bu inkişafdan kənarda qala bilməzlər. Axund və imamlarımız, yerlərdə dini ayinləri icra edən insanlar savadlarını artırmalı, dünyagörüşlərinin zənginləşməsi üçün çalışmalıdırlar”.