XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 May 2016 - 01:13

Məşhur din alimləri olan mərceyi – təqlidlər Həsən Ruhani iləgörüşdülər

merceyi teqlid

İran prezidenti Həsən Ruhani Qumda məşhur din alimləri olan mərceyi-təqlidlərlə görüşüb, daxili, regional və beynəlxalq məsələlər barəsində onlarla danışıqlar aprıb.

Strateq.az İRNA-ya istinadən bidlrir ki, Həsən Ruhani cümə günü ayətullah Hüseyn Vəhid Xorasani, ayətullah Lütfullah Safi Qolpayeqani, ayətullah Nasir Məkarim Şirazi ilə görüşüb. Ruhani deyib ki, bu gün iqtisadi fəaliyyət və xarici ölkələr ilə anlaşma üçün yaxşı atmosfer mövcuddur. Həmçinin, İranın müxtəlif bölgələrində sərmayə qoyluşu, istehsal və məşğulluq sahəsində münasib şərait yaranıb.

Bu gün dünya İranın məntiq və müzakirə tərəfdarı olduğunu başa düşüb və terrorizm ilə mübarizədə İranın öncül olduğunu bilir.

Ayətullah Hüseyn Vəhid Xorasani görüşdə dünya ölkələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində daha geniş addımların atılmasını vurğulayıb. Ayətullah Lütfullah Safi Qolpayeqani də bu görüşdə siyasi və ictimai münasibətlərdə dini və şəri məsələlərə riayətin olunmasını vacib adlandırıb. Ayətullah Nasir Məkarim Şirazi ölkə rəhbərliyinə əcnəbilərin təxribatları qarşısında ayıq olmağı tövsiyə edib.