XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 21:12

Obama:"Dünya müsəlmanlarını son dəfə şərəfləndirmək mənim üçün böyük qürurdur"

ABŞ prezidenti Barak Obama ənənəvi olaraq hər il Ağ Evdə iftar məclisi keçirir.

ABŞ prezidenti müqəddəs Ramazan ayının başlanğıcı münasibəti ilə Amerika və dünya müsəlmanlarına xoş arzuları ilə bəyanat ünvanlayıb.

"Bir çoxları üçün bu ay mənəvi inkişaf, səbr, bağışlamaq, mətanət, imkansızlara yardım və icmalar arasında birlik imkanıdır"-deyə Barak Obama bəyanatda bildirir.

ABŞ dövlət başçısı deyib ki, Amerika çoxmillətli bir ölkə kimi müsəlman icması ilə fəxr edir: “Bu insanlar dövlətimizin qurulduğu an və yenicə ölkəyə gələn həkimlər, vəkillər, müəllimlər, incəsənət xadimləri, alimlər, ictimai və hərbi qulluqçulardır.

Müsəlman amerikalılar müqəddəs ayını qeyd edərkən deməliyəm ki, biz bir ailəyik. Mən müsəlman icmalarına xatırlatmaq istəyirəm ki, dini və vətəndaş hüquqları sahələrində azadlıq sorağında olanlarla, humanizm, hamı üçün sülh və ədalət axtaranlarla çiyin-çiyinə dayanıram". 

Prezident Obama Yaxın Şərq və başqa qaynar regionlarda müsəlman icmaların üzləşdiyi iztirablara da toxunub:  "Bu ay münaqişələr səbəbi ilə həyatlarını itirən, evlərindən didərgin düşən milyonlarla insan yad ediləcək. Bir çox müsəlman bu ayı evində, uşaqları ilə bərabər qeyd edə bilməyəcək. Biz bu insanların iztirabına son qoymaq üçün bərabər çalışmalıyıq. Bu ağır zamanda hər bir insanın ləyaqətini qorumaq hər birimizin borcudur. Biz müsəlmanlar da daxil edilməklə, mühacirlər və qaçqınların qəbulunu davam etdirəcəyik. Prezidentlik dövründə hər il etdiyim kimi bu il də Ağ Evin qapılarını ayın sonunda Ramazan bayramı münasibəti ilə müsəlmanlara bir daha açacağam. Prezident kimi Amerika və dünya müsəlmanlarını son dəfə şərəfləndirmək mənim üçün böyük qürurdur."

"Ramazan Kərim!” – deyə ABŞ prezidenti bayram təbrikini bitirib.

"Amerikanın səsi"