XƏBƏR LENTİ

15 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 12:02

Komitə sədri:"Razılığa gəlinib ki, İslam ölkələri vahid təqvim tətbiq etsin"

m-qurbanli

“Bu yaxınlarda Türkiyədə dini bayramların islam ölkələrində eyni gündə keçirilməsi ilə bağlı böyük bir toplantı keçirilib. Həmin tədbirdə bu məsələ ilə bağlı geniş müzakirələr aparılıb. Ümumi səsvermə nəticəsində belə razılığa gəlinib ki, islam ölkələrində dini bayramlar və dini mərasimlər eyni gündə keçirilsin və vahid təqvim tətbiq edilsin”.

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O qeyd edib ki, hazırda bu məsələnin üzərində iş gedir: “Burada əsasən aparıcı islam ölkələrinin atacağı addımlar önəmlidir. Tədbirdə ümumi razılığa gəlinib ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bu məsələ müzakirə olunsun. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də hansısa bir qətnamə qəbul edilməlidir”.
 
M. Qurbanlının onu da deyib ki, bu məsələdə Azərbaycanın mövqeyi islam dünyasında vahid təqvim sisteminin tətbiq olunmasından ibarətdir: “Burada hər hansı ayrı-seçkilik və parçalanma olmamalıdır. Biz islam dünyasında dini bayramlar və dini ayinlərlə bağlı vahid təqvim sisteminin tətbiqinə tərəfdarıq. Amma bu, hələlik müzakirə olunur. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də müzakirələr keçirildikcə Azərbaycan mövqeyini bildirəcək”.