XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

18 İyun 2015 - 17:08

Ədalət Partiyası vətəndaşları Ramazan ayı münasibətilə təbrik etdi

Xüsusilə son prezident seçkiləri ərəfəsində və ondan sonra dini təmayülüylə seçilən Ədalət Partiyası vətəndaşları Ramazan ayı münasibətilə təbrik edib. Partiyanın mətbuat xidməti tərəfindən yayılan təbrik mesajını təqdim edirik.

Əziz həmvətənlər!

Bu gün islam dünyasının müqəddəs hesab etdiyi aylardan birinə qədəm qoyuruq. ümidvarıq ki, qərbdən-şərqə bütün dindaşlarımızın bərabər keçirəcəyi, eyni ibadətləri yerinə yetirəcəyi müqəddəs Ramazanda əsl həmrəylik duyğuları içərisində yaşayacaq, zəngin-kasıb fərqi gözləmədən ulu Yaradanın qarşısında namaza duracaq, eyni niyyətlər edəcək, iftar sürfələrində görüşərək, söhbətlər edəcəyik. Dinimizin bu gözəl ənənəsi bizə Allah qarşısında eynihüquqlu insan olduğumuzu bir daha xatırladacaq, bir-birimizlə yardımlaşmağımızı təşviq edəcək, hər kəsi bütün umu-küsüləri bir kənara atıb dost-düşmən qarşısında yumruq kimi birləşdirəcək.

Yaxın Şərqdən tutmuş Uzaq Asiyaya qədər bütün müsəlmanların vəhdətə ehtiyac duyduğu bir zamanda Ramazan ayının bu ilahi mesajını düşgün qavramağımız tələb olunur. Hesab edirik ki, bu mesajın qarşımıza qoyduğu iki əsas vəzifə var: Daxildə eynihüquqlu vətəndaşlıq sistemi yaratmaq, xaricdə qlobal imperializmin bəd niyyətləri qarşısında vahid orqanizm kimi hərəkət etmək.

Ədalət Partiyası olaraq cəmiyyətimizin bu ilahi mesaj ətrafında daha sıx birləşməsini arzulayır, hər birinizin mübarək Ramazanını təbrik edirik.

Allah orucunuzu qəbul etsin!

Amin!

Ədalət Partiyası