XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

08 İyun 2016 - 15:57

Qazaxıstan ilahiyyatçısı:“Sələfilik qadağan edilməlidir"

askar

Qazaxıstanda Aktoba hadisələrindən sonra sələfilik ideolgiyasını qadağan etmək lazımdır.

Strateq.az EAdaily-yə istinadən bildirir ki, bu fikri qazaxıstanlı ilahiyyatçı, Qazaxıstan Müftiliyinin dəstəyi ilə fəaliyyət göstərən “Ənsar” məsləhət-bərpa mərkəzinin direktoru Əsgər Sabdin deyib. O bildirib: “Düşünürəm ki, Aktoba hadisələrinə nisbətdə radikalizmə yoluxmuş gənclərə xaricdən təsir olub. Ehtimal ki, bu, Yaxın Şərqdə terrorizmin ideoloqlarından birinin fitvası və yaxud çağrışı ola bilərdi. Sözsüz ki, hər şeyi istintaq göstərəcək. Aktobadakı teraktlar daha uyğun hüquqi tədbirlərin görülməyi məsələsini qoyur. İş burasındadır ki, əks-terror fəaliyyətində daha çox informasiya və güc üsullarından istifadə edilib, lakin hüquq sahəsi olduqca tolerant qalıb – məsələn, sələfiliyə münasibətdə. Əgər deyiriksə ki, terrorizmin təkcə nəticələri ilə deyil, həm də səbəbləri ilə mübarizə aparmaq lazımdır, onda düşünürəm ki, bu teraktlar sələfilik ideologiyasının qadağan edilməsinə siyasi iradənin səbəbi olmalıdır. Dövlət sələfilik ideologiyasının qadağası haqda qərar qəbul etməlidir”.

İlahiyyatçı vurğulayıb: “Ölkəmizdə 600-dən çox məhkum edilmiş terrorçu var, əksəriyyəti özünü sələfilərlə eyniləşdirir. Düşünürəm ki, istintaqın gedişində aydınlaşacaq ki, bu günki terrorçular da özlərini birinci növbədə sələfilərlə, yalnız sonra isə İŞİD tərəfdarları ilə eyniləşdirəcəklər”.