XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 10:57

İmsakla sübh namazı azanının vaxtı fərqlidirmi? –QMİ-dən aydınlıq gətirildi

meshed-1

"İmsak vaxtı sübh namazından 15 dəqiqə əvvəl azan verilməsi insanlara qidalanmağı dayandırmaları üçün xəbərdarlıq məqsədi daşıyır".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin əməkdaşı Ağasəid Yaqubov bildirib.

O, cənub bölgəsindəki məscidlərdə azanın QMİ-nin təyin etdiyi vaxtdan daha tez verilməsi ilə bağlı sualı cavablandırarkən belə halların mümkün olduğunu deyib: "Ərəblərin yaşadıqları bölgələrdə, eləcə də digər müsəlman ölkələrində də imsak vaxtı, sübh azanından bir neçə, bəzən 15 dəqiqə əvvəl azan verilməsi halları olur. Bu da insanları xəbərdar etmək məqsədi daşıyır. Yəni insanların qidalanmanı dayandırmaları üçün azan verilir. Bu səbəbdən bəzən bölgələrimizdə insanların imsak vaxtının bitdiyini bilmələri üçün azan verilir. Çünki hər kəsin əlində təqvim olmur və onlar məsciddə verilən azanla hərəkət edirlər. Ona görə də məsciddə olan din xadimlərimiz bəzən iki azan verirlər".

A.Yaqubov bildirib ki, insanlar imsakla sübh namazı azanının vaxtını dəqiqləşdirməlidirlər:"Onlar birinci verilən azanla qidalanmanı bitirməli, amma namazlarını sübh azanı ilə qılmalıdırlar".

Aznews.az