XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 13:50

İslam Kərimov məscid və restoranda iftar mərasimləriniqadağan etdi

islam kerim

Özbəkistan Müsəlmanlar Heyətinin sədr əvəzi bu ölkə məscidləri və restoranlarında iftar mərasiminin qadağan olunduğunu bildirib.

“İslamazeri” saytının məlumatına görə, Əbdüləziz Mənsur deyib ki, restoranlar və saraylarda iftar mərasiminin keçirilməsi qadağandır: Təəssüflər olsun ki, ötən illər ərzində varlıların varlılar üçün təşkil etdiyi iftar mərasimində həddindən artıq israf olunurdu və iftar mərasimi varlıların özlərini nümayiş etdirməsi üçün bir yola çevrilmişdi”.

Özbəkistan Müsəlmanlar Nümayəndələr Heyətinin sədr əvəzi əlavə edib: Mənzillərdə iftar mərasimi də xüsusi şəraitə malikdir və bu iftarlıqlardakı qonaqlara da hökumət tərəfindən məhdudiyyət tətbiq olunur.

Özbəkistanın əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir. Lakin sekulyar şəkildə idarə olunur.