XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2016 - 00:06

Ramazanın 6-cı gününün duası –İmsak və iftar vaxtı

ramazan01

Bu gün Ramazan ayının altıncı günüdür.

Strateq.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən xəbər verir ki, Ramazan təqviminə əsasən, iyunun 12-də Bakıda imsak saat 03:08-da, iftar isə saat 20:28-dədir.

Ramazan ayının 6-cı gününün duası:

"Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin".

Tərcüməsi:

"İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!".

Allah orucunuzu qəbul etsin!