XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 08:44

AMEA-nın şöbə müdiri:“Xristianlıq və islam arasında dialoq yoxdur”

 

eli abbasov

Dözümsüzlük və terrorizm çağdaş dünyada geniş yayılmaqdadır və bu bəla ilə mübarizə aparmaq üçün bütün xalqları və millətləri birləşdirən proqramın qəbulu vacibdir. Bu fikriAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, professor Əli Abbasov Turan agentliyinə və “Amerikanın səsi” radiosuna müsahibəsində söyləyib.

Onun fikrincə, dözümsüzlük bu gün bütün dünyada gedən bir prosesdir. Təbii ki, bu, 2001-ci ildə Amerikadakı olan proseslərdən əmələ gəlib. Bütün dünyada terrorizm yeni bir məna alır. Bunu dəyişdirmık üçün dünyada ümumi bir mübarizə lazımdır. Kimsə dünyada xalqları, millətləri birləşdirən bir proqram verməlidir.

Orlando şəhərində baş vermiş son terror aktının Azərbaycanda necə qarşılanmasına gəlincə, alim hesab edir ki, ölkədə qiymətləndirmə yoxdur və cəmiyyət reaksiya verməyə çətinlik çəkir.

Azərbaycanda multikultralizmin irəliləməsinə gəlincə, multikultralizm birinci Avropa dövlətlərində və Kanadada yaranıb. Orada gəlmə insanlara qarşı bir multikultural siyasət yeridilib. Azərbaycanda gəlmə insanlar yoxdur. Yəni, hamı burada yaşayan insanlardır. Burada multikultiralizm deyil, azərbaycançılıq ideologiyasıdır. Dünyada isə multikultiralizm artıq demək olar ki, öz mövqeyini itirir. Avropada bir siyasi komponent kimi özünü doğrultmur. Bununla yanaşı bu gün multikultiralizmdən imtina da etməyiblər, amma elə başa düşürlər ki, yeni bir strategiya olmalıdır. “Bu strategiya ondan ibarət olmalıdır ki, bütün xalqların məbəniyyətlərinə hörmətlə yanaşılsın. Mədəniyyətlər arasında olan fərqləri başa düşmək, ona hörmət etmək, onlardan qorxmamaq lazımdır. Bir-birinin mədəniyyətləri ilə tanış olmaq vacibdir. Bu, böyük bir prosesdir. Qloballaşma dövründə xırda mədəniyyətlərin yoxa çıxmasının qarşısını almaq lazımdır“, – Ə.Abbasov  bildirib.

“İfrat açıq cəmiyyət və ifrat totalitar nəzarət: bu dəyərlərin hansı terroru qaçılmaz edir?”sualının cavabında alim deyib ki, hər ikisi. Terrorizmin iki növü olur. Yəni, terrorizmi yaxşı yaşayış formasından da irəli gələ bilər. Bu, artıq dözümsüz yaşayış forması kimi də özünü göstərib. Yəni, biz Breyviki götürə bilərik və axırıncı terror hadisəsini də götürə bilərik. Breyvikin nəyi çatışmırdı, ona nə lazım idi? Buna baxanda görürük ki, terrorizmin cürbəcür kökləri var. Bu köklər ola bilsin ki, Qərbdə və Şərqdə özünü oxşar və ya fərqli formalarda büruzə verir.

Ə.Abbasov hesab edir ki, bu gün artıq ideologiyalar deyil, dəyərlər bir-biri ilə vuruşur. Dəyərlərin arxasında mədəniyyətlər durur. Mədəniyyət də insana ən yaxın olan bir fenomendir. Ona görə də dəyərlərin toqquşması, vuruşması  Samuel Hantinqtonun neoatlantizmi nəzəriyyəsində deyildiyi kimi, bugünki dünya sivilizasiyalarının toqquşmasıdır. “Bax, bu, onu göstərir. Ona görə ki, əgər bir sivilizasiya, mədəniyyət nəyisə qəbul edirsə onu özünə görə qəbul etməlidir. Bunu başqalarına mütləq bir qanun kimi tətbiq etməməlidir. Bunlar onu göstərir ki, ifrat Qərb cəmiyyətinin dəyərləri və Şərqdə, xüsusilə müsəlman dünyasında olan ifrat qanunlar hansısa bir ortaq məxrəcə gəlməlidir. Bunun üçün bir dialoq başlanmalıdır. Belə bir dialoq ötən əsrin 60-cı illərindən başlayaraq Avropa və ərəb ölkələri arasında olub. Bu çox böyük bir nəticə verib. Yəni, bir il ərəb ölkələrində görüşürdülər, bir il isə Avropanın hansısa şəhərində görüşürdülər və islamı xristianlıqla müqayisə edirdilər. Bax, belə bir dialoqlar bu gün yoxdur”, – deyə Ə.Abbasov vurğulayıb.