XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 08:36

1200 ildən sonra pravoslav kilsə liderləri ilk dəfəbir araya gəldi

kiril

Dünyanın pravoslav kilsə liderləri Rusiyanın və digər 3 kilsənin boykotuna baxmayaraq, görüşüb.

Bu, 1200 ildən bəri keçirilən ilk belə görüşdür. İyunun 19-da Krit yunan adasında birhəftəlik şura başlanıb. Patriarx Varfolemey  mərasimi açıb. “Bu böyük və müqəddəs şura vəhdət mesajı daşıyacaq”,- deyə o, yerli mediaya deyib.

Onillər boyu hazırlaşmalarına baxmayaraq, Pravoslav liderləri bu görüşdən öncə də fikir ayrılıqlarına son qoya bilməyiblər. Rusiya, Gürcüstan, Bolqarıstan və Suriyadakı kilsələr görüşü boykot edib.

Patriarx Kirill Moskvada deyib ki, Kritdə görüşən dini liderlərin daha sonra daha böyük görüşə hazırlaşa biləcəklərinə ümid edir.