XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

02 İyul 2016 - 09:18

Məkkədə Qədr gecəsi izdihamı:18 yaralı

kabe

Məkkədən yenə izdiham xəbəri gəldi.

Strateq.az-ın məlumatına görə, müqəddəs Qədr gecəsi münasibətilə keçirilən ibadət zamanı yaranan basabas nəticəsində 18 dindar yaralanıb.

Faktı təsdiqləyən Məkkə səhiyyə müdirliyinin sözçüsü Hamid əl-Maliki yaralıların yüngül xəsarət aldığını və müalicə olunduğunu bildirib. Əl-Malikinin bildirdiyinə görə, yaralılardan bəziləri boğulma təhlükəsinə məruz qalsa da, hazırda hamısının səhhəti yaxşıdır.

Məkkədə həyəcan səviyyəsinin yüksəltdiyi, Kəbəyə əlavə 8 səhiyyə qrupunun göndərildiyi qeyd olunur.