Xələf Xələfov Azərbaycan ilə İslam Əməkdasliq Təşkilatı arasinda əlaqələrin yüksələn xətlə inkisaf etdiyini qeyd edərək, ölkəmizin təşkilatın fəal üzvü kimi üzv dövlətlər arasındakı həmrəyliyin daha da gücləndirilməsi üçün çalışdığını bildirib.
Görüşdə Ermənistan-Azərbaycan Dagliq Qarabağ münaqişəsinə toxunan nazir müavini, münaqişənin həlli işində Azərbaycanın mövqeyinin müsəlman ölkələri tərəfindən dəstəkləndiyini, İslam əməkdasliq Təşkilatının dəfələrlə münaqişə ilə baglı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul etdiyini vurgulayaraq, bu dəstəyə görə təşkilata üzv olan ölkələrə bir daha təsəkkürünü bildirib.
Səfirlər iftar süfrəsində
Xələf Xələfov müsəlman ölkələrinin Azərbaycandaki səfirlərinə fəaliyyətlərində ugurlar arzu edərək, müqəddəs ayda xalqlarina və hökümətlərinə rifah, xoşbəxtlik və inkişaf arzularını çatdırıb.
Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri adından çıxış edən Mərakes Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami İftar məclisinin təşkil olunmasından məmnunluq duyduqlarını qeyd edərək həmkarları adından təşəkkürünü bildirib.
Xələf Xələfov səfirlərlə söhbət edərkən