XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

04 İyul 2015 - 07:57

Çinin Ramazan repressiyaları

Uyğurlar çində İslamın əzəmətli irsini qorumağa çalışırlar

Ramazan həm mərhəmət, həm də sınaq ayıdır. Hər il “Ramazan bütün dünya üzrə” informasiya blokunda gördüyümüz müxtəlif yer və bölgələrdən müxtəlif rəng və dillər növbəti dəfə müsəlmanlara xatırladır ki, onlar möminlər icmasıdır. Həyat və vərdişlərimizin küt ahənginə müdaxilə edən orucluq isə ümidsizlikdə hamımızı birləşdirən dinin gücünü yada salmağa imkan verir.

Bununla belə, bu imtahandan keçmək müsəlmanların çoxu üçün dedikcə çətindir. Azlıq qismində yaşayan müsəlmanların pəhriz sınağını despotik rejimlər mürəkkəbləşdirir.

Bu adamlara orucluğa görə aşkarca və gizlətmədən basqı göstərərkən bizdə başqasının halına acımaq hissi güclənir. Belə vaxta hətta ən laqeyd müsəlman da dünyanın başqa guşəsindəki müsəlmanın problemlərinə həssas yanaşır. Biz oradakı təqiblər, kütləvi qətllər, aclıq və susuzluq haqda düşünərkən iftar vaxtının yetişməsiylə gözlədiyimiz bir tikə çörək boğazımızda qalır, ürəyi qüssə bürüyür.

Müsəlman özünüdərki şüurun elə bir halıdır ki, insan olduğumuzdan qaynaqlanan bütün insani hallara nisbətdə hiss etdiyimiz çərçivədən çox-çox kənara çıxır.

Müsəlman həyat tərzi – irq, sinif və coğrafi bölgələrə bölünməyi ləğv edən qarşılıqlı məsuliyyət hissdir.

Bu cür duyumun indikatorunun olub-olmaması Myanmada kütləvi qətliama münasibətdə nələr və yaxud Fələstindəki sionist müstəmləkəçiliyinə həmrəy etiraz hiss etməyimizdədir. Bu o qədər incə balansdır ki, müsəlmanın üzərinə qoyulmuş məsuliyyət – kimdən qaynaqlnaır-qaynaqlansın, zülmə qarşı çıxmaq – mərdliklə dolaşıq düşürsə, onda bəzən zülmün digər növləri üçün yol açmaq çətin olmur.

Şərqi Türküstanda müsəlman uyğurların öldürülməsi bu gün hamının dilindədir. Dinin ikinci plana keçməsi və insanların həyatını (hətta fərdi şəkildə) müəyyən etməməsindən ötrü çin dövlət ideologiyası xüsusən Ramazan ayında hər şeyi edir. Pekin ən qaba və primitiv üsullarla dinə mane olmağa çalışır. Uyğur türklərinin (hər bir müsəlmanınkı kimi) eyniyyətini birinci növbədə inanc müəyyən etdiyindən din sistemin əsas hədəfinə çevrilir. Uyğurlar Yer kürəsinin ən şərq ucqarında tamamilə dözülməz şəraitdə çiçəklənə biləcək İslam sivilizasiyasının əzəmətli irsini qorumağa çalışırlar. Onlar dövlətdən qaynaqlanan zorakılığın bütün növləri – iqtisadi məhrumiyyət, siyasi basqı, fiziki zorakılıq, assimilyasiyaya qarşı çıxmağa məcburdurlar. üstəlik, iğal olunmuş torpaqları bu gün çin müstəmləkəçilərinin qarəti qarşısında müdafiəsizdir.

Bir sıra hallarda Türkiyədə baş qaldıran (duyğusallıqdan kənara çıxmayan) həmrəylik və ortaqlıq hissi yetərincə həyəcanlı biçimlər alır. Uyğurları müdafiə çıxışlarında bəzən müsəlman icmasına mənsubluğun dərki bir kənara atılır və siyasi manipulyasiyalara yol açılır.

çin çox böyük ölkədir, tarixmiz üçün son dərəcə önəmli olan Şərqi Türküstan isə onun hüdudları içində və işğal altındadır. Heç bir müsəlman bu tezisi müdafiə etməkdən qorxmamalıdır.

Bununla belə, müsəlmanlar çində təkcə Şərqi Türküstanda məskunlaşmayıblar. Əsasən çinin mərkəzi bölgələrində yaşayan müsəlmanlar haqda nəsə bilirikmi? Məsələn, sayca uyğur türklərini üstələyən huey müsəlman azlığının durumu bizi nə qədər narahat edir? Ola bilsin, uyğurlar dövlətçilik ənənəsi üzündən basqı və zorakılığa daha çox məruz qalırlar. Lakin hueylərin üzləşdiyi çətinlik və repressiyalar haqda niyə heç nə eşitmirik?

çinin antidin siyasəti və müsəlman icmalarını assimilyasiya etmək strategiyası onlara nə dərəcədə toxunur?

Uyğurların təkcə müsəlman deyil, həm də türk olması faktı, ehtimal ki, bizim etnik özünüdərkimizi işıqlandırır. Lakin çin məsələsinə müsəlman duyumu da müncər edilə bilərsə, onda qəlbi açıb digər müsəlmanlara da əl uzatmaq lazımdır. Yalnız uyğurlara edilən zülmə diqqət yetirib başqalarının ağır durumuna göz yummaq müsəlmanlığın və qardaşlığın qanunlarına ziddir. Eyni zamanda din maskası altında gizlənmiş etnik millətçilik tələsinə düşmək olmaz.

Akif Əmrə

“Yeni Safak” (Türkiyə), 04.07.2015