XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

16 İyul 2015 - 07:55

Gözdən əlillər üçün Qurani-Kərim çap edilib

Azərbaycanda Brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması tərtib edilən əlifba) ilə çap olunmuş Qurani-Kərimin təqdimatı keçirilib.

Strateq.az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (AzGƏC) sədri Səmyar Abdullayev, İranın və Türkiyənin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri, din xadimləri, millət vəkilləri və icitmaiyyət nümayəndələri iştirak ediblər.

DQİDK sədri M.Qurbanlı bildirib ki, Brayl əlifbası ilə çap edilmiş Qurani-Kərimin hazırlanması prosesinə bu ilin mart ayından başlanılıb.

O, Azərbaycanda ilk dəfə görmə qabiliyyəti məhdud və ya itirilmiş insanlar üçün Brayl əlifbası ilə hazırlanan Qurani-Kərimin Dövlət Komitəsinin maliyə dəstəyi ilə 7 dildə çap edildiyini deyib.

M.Qurbanlı qeyd edib ki, Brayl əlifbası ilə Qurani-Kərim Türkiyə, İran, ərəb ölkələrində çap olunub. Lakin Azərbaycanda bu, ilk təşəbbüsdür: “Bu gün Azərbaycanda islam dininə və digər dinlərə dövlət tərəfindən diqət və qayğı göstərilir. Bu özünü hərtərəfli biruzə verir. Prezident İlham Əliyevin tapşırığı ilə dini kitabların çaplarına əlavə vəsaitlər ayrılır. Kitab çapı üçün ayrılmış vəsaitin bir qismi Brayl əlifbası ilə Qurani-Kərimin işıq üzü görməsinə yönəldilib”.

Komitə sədrinin fikrincə, İslami dəyərlərin təbliği və təşviqində Qurani-Kərimin təbliğ olunması mühüm rol oynayır: “İnsanlar birbaşa bu mənbəni oxumaqla İslamı şüurli şəkildə qəbul edirlər. İnsanların mənəvi cəhətdən zənginliyinin təmin edilməsi diqqət mərkəzindədir. Gələcəkdə belə təşəbbüslərin və layihələrin icrası davam etdiriləcək”.

Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən olan akademik Vasim Məmmədəliyev bildirib ki, Azərbaycanda Qurani-Kərimin Brayl əlifbası ilə çap olunması əlamətdar hadisədir.