XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

30 Avqust 2016 - 13:49

“Yanardağ” qoruğundan Həzrəti Əli ilə bağlı eksponatoğurlanıb -Nazirlik

yanar

“Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğundan Həzrəti Əlinin adı ilə bağlı olan eksponat oğurlanıb.

 Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.

 Şöbə müdirinin sözlərinə görə, hadisə avqustun 26-dan 27-nə keçən gecə "Əli daşı" pirində qeydə alınıb: “Məlum olub ki, oğurlanan tarixi eksponat Həzrəti Əlinin adı ilə bağlıdır. Qoruq rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edib, hazırda istintaq aparılır”.

 Qeyd edək ki, Azərbaycan prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə “Yanardağ”ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilib. Qoruğun ərazisi 64,55 hektar təşkil edir. Bura Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotur su bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.