XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

01 Sentyabr 2016 - 12:40

Azərbaycanlı zəvvarlar sabahdan Həcc ziyarətinə yola düşəcəklər –Müqəddəs torpaqlara doğru

Kəbə

Azərbaycandan Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gedəcək olan zəvvarlar sentyabrın 2-dən etibarən yola düşəcək.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Zəvvarlar ziyarətə hər gün iki reys olmaqla təyyarə ilə gedəcəklər. Hər gün ziyarətə 350 zəvvar yola salınacaq.

Zəvvarların ilk qafiləsi sentyabrın 2-də saat 08:00-da, ikincisi isə axşam 18:30-da yola düşəcək.

Qalan zəvvarlar sentyabrın 3-ü və 4-ü tarixlərində eyni saatlarda ziyarətə yollanacaq.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1050 nəfər zəvvar gedəcək. (Report)