Sentyabrın 2-də azərbaycanlı zəvvarların Həccə göndərilməsinə başlanılacaq.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib. (Turan)
Sentyabrın 2-dən 4-dək hər gün iki reysin hər birilə 350 zəvvar gedəcək. Bu il Azərbaycandan olan zəvvarların sayı 1050 nəfər olacaq. Uçuş hər gün saat 08.00 və 18.30-da olacaq. Həcc zamanı 4 yerlik otel otağında qalmaq və yemək 4500, 6 nəfərlik otaqda qalmaq 3500 dollara başa gələcək.
Ötən il Azərbaycandan Həcc ziyarətinə 2300 zəvvar gedib.
Zəvvarların sayının azalmasının səbəbi iqtisadi böhrandır.