XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

05 Sentyabr 2016 - 14:34

Azərbaycanda xarici vətəndaşlara dini mərasimləri aparmaq qadağan edilir

dini merasim

Azərbaycanda İslam dininə aid ayin və mərasimlərin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən aparılması qadağan edilir və buna görə cəza tətbiq olunur.

 Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 168-1.1-ci maddəsinə əlavələr təklif edilir.

 Əlavəyə əsasən, xaricdə dini təhsil alanlarla yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin də Azərbaycanda İslam dininə aid ayinlərin və mərasimlərin həyata keçirmələri qadağan olunur. Buna görə, 2 000 manatdan 5 000 manata qədər cərimə və ya 1 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

 Layihə Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq