XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2015 - 14:32

“Təzəpir” məscidinin axundu vəfat edib

teztpir axund.jpg

“Təzəpir” Məscidinin axundu, qazı hacı Əhməd Abbasov bu gün 73 yaşında vəfat edib.

Strateq.az bildirir ki, bu barədə mərhumun yaxın qohumu ilahiyyatçı Hacı Əlizaman Əliyev məlumat verib. O bildirib ki, axund Hacı Əhməd Abbasovun səhhəti bu gün səhər saatlarından pisləşməyə başlayıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Mərhum sabah saat 11 radələrində Bakının Buzovna qəsəbəsində torpağa tapşırılacaq.

Hacı Əhməd Abbasov ömrünün sonuna qədər Təzəpir məscidinin axundu kimi fəaliyyət göstərib. 1942-ci il sentyabrın 21-də Masallı rayonunun Babaser kəndində dünyaya gələn hacı Əhməd özbəkistanda, Buxaradakı “Mir Ərəb” mədrəsəsinə qəbul olub. 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam Universitetinə daxil olub.

O, Bakı İslam Universitetinin yaradıcılarından biridir. 17 il BİU-də müəllim kimi fəaliyyət göstərib. Hacı Əhməd tanınmış din xadimi kimi bir çox beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edən nümayəndə heyətinin üzvü olub. O, 1980-cı ildə Dehlidə keçirilən konfrans zamanı Hindistanın keçmiş baş naziri, tanınmış siyasətçi İndira Qandi ilə görüşüb.