XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2016 - 11:17

Məhərrəmlik ayı nə zaman başlayır? –QMİ-dən açıqlama

ramazan_ayi_8

Bu il Məhərrəm ayı Miladi təqvimi ilə oktyabrın 3-ü, bazar ertəsi günü başlayacaq.

Məlumata görə, Hicri-qəməri təqviminin son ayı Zilhiccə bu il oktyabrın 2-si, bazar günü başa çatacaq. Bundan sonra Məhərrəm ayının 1-i tarixi ilə 1438-ci il başlayacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova "Report"a bildirib ki, Məhərrəm ayının başlanması ilə əlaqədar olaraq, QMİ Qazilər Şurası tərəfindən fətva veriləcək.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Məhərrəm ayının 10-da Kərbəlada şəhid ediliblər.

Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir.