XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2016 - 11:59

Büddist ölkənin hökuməti 3 min məscidin sökülməsi barədə qərarı verib

mescid-myanma

Myanmarının Arakan əyalətində, məscidlərin də olduğu 3 min ibadətgahın, qanunsuz inşa edildiyinə görə dağıdılacağı bildirlib.

FaktXəbər-in məlumatına görə, Myanmanın Arakan əyalətinin rəsmisi bildirib ki, regionda qeyri-qanuni tikilən məscidlər və digər ibadətgahların sökülməsi üçün sənədlər hazırlanır. Əyalətdə icazəsiz inşa edilən təxminən 3 min məscid və ibadətgah var. Yerli hakimiyyət yaxın zamanda sökülmə planı ilə əlaqədar rəsmi açıqlama verəcək.Söküntü işlər müsəlmanların sıx məskunlaşdığı ərazilərdə aparılacağı qeyd olunub.

Qeyd edək ki, Myanmanın qərbində yerləşən Arakanda 2012-ci ildə buddistlər ilə müsəlmanlar arasında baş verən qarşıdurmalar nəticəsində çoxlu sayda müsəlman öldürülmüşdü. Yüzlərlə ev və iş yeri yandırılmışdı.