XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

18 Mart 2015 - 07:17

Separatçılardan kəskin bəyanat: “Kiyev barışığı ayaq altına atdı”

“İndi Kiyevlə heç bir kompromis mümkün deyil”

ДНР и ЛНР: «позорные решения» Киева растоптали мир на Донбассе

Tanınmamış Donetsk və Luqansk xalq respublikalarının başçıları Aleksandr Zaxarçenko və İqor Plotnitrski Ali Radanın Donbasın özəl statusuna dair toplantısının yekunları barədə birgə bəyanat veriblər.

Srtateq.az Rusiya mətbuatına əsasən bildirir ki, Plotnitski və Zaxarçenko Kiyevin “biabırçı qərarları”nın Putin, Merkel və Ollandın Minskdə böyük səyləri nəticəsində əldə edilmiş kövrək barışığı tam şəkildə tapdadığını qeyd ediblər: “Xalq tam müstəqillik istəsə də, biz yeniləşmiş Ukraynanın tərkibində özəl statusa razılaşıb güzəştə gedirdik. Biz belə qərarı qəbul edirdik, çünki qardaş qanının tökülməsini dayandırmaq istəyirdik. İndi Kiyevlə heç bir kompromis mümkün deyil”.

Zaxarçenko və Plotnitski hesab edirlər ki, Poroşenko Donbasa görə təkcə “biabırçı qərar” qəbul etməyib, həm də avropalı həmkarlarının, həmçinin Rusiya prezidentinin üzünə gülüb.

Onlar qeyd ediblər ki, Minsk prosesi Kiyev tərəfindən pozulub, ona görə də “Donbasın özəl statusu barədə” qanun ləğv edilməyincə Kiyevlə güzəştli dialoq mümkün deyil: “Birincisi, bu qanunda özl statusa düşən bütün rayon və şəhərlər sadalanmayıb, bu isə Ukrayna Konstitusiyasının 1-ci bəndini pozur. Onlar nə vaxtsa qəbul etdikləri qanunu pozurlar, lakin, görünür, bu onalrı narahat etmir. Minsk prosesinin məntiqi pozulub, lakin Kiyev göstərdi ki, əslində, barışıq istəmir. O, iqtisadi blokada və zorakılıqla Donbası məhv etmək istəyir”.

Tanınmaış başçılar yekunda bildiriblər ki, Donbasın statusu barədə yeni qanuna görə Donbasın bəzi əraziləri rəsmən işğal edilmiş hesab olunur.