XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 October 2016 - 15:23

Ermənistanda vergi müfəttişi İran vətəndaşını oğurlayıb

hebs

Ermənistanda Vergi Müfəttişliyinin əməkdaşı İran vətəndaşını oğurlayıb.

Strateq.az bildirir ki, bu barədə Ermənistanın istintaq xidməti məlumat yayıb. Sentyabrın 19-da gecə Abovyan şəhər sakini Benik M-dən siqnal daxil olub. O polisə bildirib ki, naməlum şəxslər dostunu oğurlayıblar.

İstintaq zamanı maraqlı detallar üzə çıxıb. İran vətəndaşı Qasim Q. Ifadə verərərək deyib ki, Ermənistan dövlət gəlirləri üzrə Komitəsinin vergi müfəttişi öz adamları ilə onu avtomobilə oturdaraq naməlum istiqamətə aparıb. Hədə qorxu gəliblər. Yolda polisdən inspektora zəng olduqdan sonra o, İran vətəndaşını təcili olaraq azad edib.

Hazırda cinayət işi açılıb.