Estoniya parlamenti ölkənin yeni prezidentini seçib.
Strateq.az İnterfax-a istinadən xəbər verir ki, bu, Estoniyanın Avropa Hesablama Komissiyasındakı nümayəndəsi Kersti Kalyulayddır.
Xanım Kalyulaydın lehinə 101 deputatdan 81-i səs verib. Prezident postunu tutmaq üçün ona 68 səs lazım idi.
Kersti Kalyulayd həm də Estoniyanın ilk qadın prezidentidir.
Ölkənin hazırki prezidenti Tomas Hendrik İlvesin səlahiyyət müddəti bu ay başa çatır.