XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2016 - 17:45

Rusiya XİN:"Biz terrorçuların qara bayraqlarını Dəməşq üzərində dalğalandırmasına imkan vermədik"

re

“Terrorçuların öz qara bayraqlarını Dəməşq üzərində dalğalandırmasına Rusiya imkan verməyib”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov “Rossiya Seqodnya” agentliyində keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Rusiya hərbi aviasiyası Suriyanı parçalanmaqdan xilas edib: “Bir il ərzində Müdafiə Nazirliyinin məlumatlarına əsasən, çoxlu sayda terrorçu məhv edilib. Biz faktiki olaraq icazə verməmişik ki, terrorçular qara rəngli bayraqlarını Dəməşq üzərində dalğalandırsın. Bu nöqteyi-nəzərdən Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyada əməliyyatlarda iştirakı olduqca effektlidir. Xüsusilə də indi Hələb ətrafında vəziyyət gərginləşdiyi vaxtda”. 

G. Qatilov qeyd edib ki, Suriyada humanitar karvanlara və hospitallara aviazərbə endirməklə bağlı Rusiyanın ünvanın səslənən ittihamlar əsassızdır: "Humanitar karvanı bombalamaq Rusiyanın marağında deyil. Uzun müddət ərzində biz özümüz bu tapşırıqla məşğul olmuşuq, humanitar yardımın Hələbin işğal olunmuş rayonlarına çatdırılmasını təmin etmək üçün səylər göstərmişik". (APA)