XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2016 - 20:26

“Bir terrorçu 14 ildir 400 bölgədə özünə səltənət qurub” –Ərdoğandan ABŞ-a daha bir tələb

erdogan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenə ABŞ-ın Fətullah Güləni təhvil verməməsi haqda danışıb.

Ərdoğan Elm və Texnologiya konfransında çıxış edərkən Gülənin bütün ölkələr üçün təhlükəli olduğunu deyib.

“Gülən hər ölkə üçün təhlükəlidir. Mən bunu prezidentlərə də deyirəm, ancaq başa düşmürlər. Başda Amerika olmaqla… 

ABŞ bizdən kimisə istəyəndə həmin an paketə qoyub göndəririk, amma təəssüf ki, strateji tərəfdaşımızdan bu jesti görmürük. Bir terrorçu 14 ildir 400 bölgədə özünə səltənət qurub, siz isə onu bizə təslim etmirsiniz”, – deyə prezident növbəti dəfə ABŞ-a ismarış göndərib.

Axar.az