ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bu barədə rəsmi şərhlərdən imtina edib
Amerika kəşfiyyatı iddia edir ki, İran İŞİD qruplaşmasının döyüşçülərinə qarşı mübarizədə, həmçinin Səlahəddin əyalətinin paytaxıtı Tikrit şəhərinin azad edilməsində Bağdada kömək etmək üçün öz raketlərini İraq ərazisində yerləşdirib.
Strateq.az xarici KİV-ə əsasən bildirir ki, Amerika kəşfiyyatı “son bir neçə həftə ərzində” İraq ərazisində Fəcr-5 və Fateh-110 raketlərinin və buraxılış qurğularının yerləşdirildiyini qeydə alıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bu barədə rəsmi şərhlərdən imtina edib.
Xarici mətbuat yazır ki, “İran hələlik bu silahları hərəkətə gətirməyib, lakin Amerika rəsmiləri ehtiyat edirlər ki, raketlər dinlərarası gərginlyi kəskinləşdirər və dinc əhali arasında qurbanlara səbəb olar. çünki bu raketlər idarə edilən və yüksək dəqiqliyə malik deyil”.