"Ölkənin müdafiə qabiliyyətini artırmaq lazımdır".
Bunu Qırğızıstan Prezidenti Almazbek Atambayev ölkənin Baş Qərargah rəisi Raimberdi Duyşenbiyevlə görüşü zamanı söyləyib.
Onun sözlərinə görə, Qırğızıstan ordusunun döyüş qabiliyyəti gücləndirilməlidir.
Qeyd edək ki, Qırğızıstanın hazırda yeganə ərazi mübahisəsi Özbəkistanladır. Bir müddət öncə iki ölkə arasında münasibətlər savaş səviyyəsinə qədər gəlib çatsa da, bunun qarşısı sonradan alınıb. Üstəlik, Qırğızıstanda son illər İŞİD və digər dini ekstremist təşkilatlara qoşulanların sayı artıb.
Almazbek Atambayev ürəyində yaranan problemlərlə bağlı iki həftə ölkədə olmayıb. O, Türkiyədə, daha sonra isə Moskvada müalicə edilib. Ölkəyə qayıtdıqdan dərhal ilk rəsmi görüşünü məhz Baş Qərargah rəisi ilə keçirib.
Axar.az