XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 October 2016 - 21:32

Dəniz yolu ilə Avropaya keçmək istəyən 3,5 min mühacir həyatını itirib- Son bir ildə

Oktyabrın 4-də Beynəlxalq Miqrasiya Təşkilatı bu il dəniz yolu ilə Avropaya keçməyə cəhd edən 3 min 502 nəfərin həlak olduğunu və ya itkin düşdüyünü bildirib.

Bununla yanaşı, dəniz yolu ilə Avropaya keçən qaçqınların ümumi sayı 302 min 975 nəfərə çatıb. Onların əksəriyyətini Yunanıstan (167 min 74 nəfər) və İtaliya (132 min 69 nəfər) qəbul edib.

Xatırladaq ki, ən böyük miqrant faciələrindən biri on beş gün əvvəl, sentyabrın 21-də Aralıq dənizinin Misir sahilləri yaxınlığında yaşanıb. Qeyri-leqal mühacirləri daşıyan qayığın batması nəticəsində 200-dən çox insan həlak olub(azərtac).