XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 October 2016 - 05:08

Ağ Evdən Rusiyanın Suriyaya “S-300” kompleksləri göndərməsinə münasibət:"Məqsədə ziddir"

s300

Ağ Ev hesab edir ki,  Suriyada “S-300” komplekslərinin yerləşdirilməsi Rusiyanın bu ölkədə ekstremizmlə mübarizəyə dair bəyan etdiyi məqsədə ziddir.  

Bunu ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bildirib.

“Bu avadanlıqlar Rusiya prezidentinin  Suriyada ekstremizmlə mübarizəyə dair  bəyanatlarına ziddir. Bildiyimizə görə, İŞİD və “Əl Qaidə”nin orada təyyarələri yoxdur. Rusiyanın kəşfiyyat məlumatları fərqli ola bilər, amma mən bundan əmin deyiləm”, – deyə o əlavə edib.   

Qeyd edək ki,  Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov Rusiyanın Suriyada “S-300” zenit-raket komplekslərindən ibarət batareya yerləşdirdiyini təsdiqləyib. 

Onun sözlərinə görə, batareyanın vəzifəsi Tartusdakı hərbi-dəniz bazasının və sahilə yaxın zonadakı Rusiya hərbi gəmilərinin təhlükəsizliyini təmin etməkdir. 

Qeyd edək ki, ABŞ-ın “Fox News" telekanalı bundan əvvəl hərbi mənbələrinə istinadən bildirib ki,  Rusiya Suriyada ilk dəfə olaraq "Antey-2500" S-300B4 (NATO təsnifatına görə SA-23 Gladiator) qabaqcıl hava hücumundan müdafiə sistemi yerləşdirib. (APA)